55 ölkədə eşşək dərisi ticarəti qadağan edildi

16:00 - 19 Fevral 2024

55 ölkədə eşşək dərisi ticarəti qadağan edildi

Afrika İttifaqının eşşək dərisi ticarətini qadağan etmək qərarı heyvanları müdafiə edən dərnəklər tərəfindən müsbət qarşılanıb.

 

Manset.az-ın xarici mediaya iatinadən məlumatına görə, qitənin 55 ölkəsində eşşəklərin dərisi üçün kəsilməsi qanunsuz olacaq.

Afrika dövlət liderləri dünən Efiopiyada keçirilən Afrika İttifaqı Sammitində qadağanı təsdiqləyiblər.

Bildirilib ki, eşşək dərisi ticarəti bütün dünyada, xüsusən Afrika və Cənubi Amerikada eşşək populyasiyasını məhv edib.

Qeyd edək ki, dünyada təxminən 53 milyon olaraq bilinən eşşəyin təxminən üçdə ikisi Afrikadadır. Ən yoxsul kənd icmalarında insanlar onlardan nəqliyyat, su, qida və digər əşyaların daşınması üçün istifadə edirlər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin