Azərbaycanda minimum pensiya ARTIRILIR
18 Noyabr 2024
08:30 - 12 Oktyabr 2021
Bakıda pilot layihəyə düşən binalardan birinin söküntü işləri qonşu binada yaşayanları narahat edir.
Manset.az xəbər verir ki, sakinlər iddia edirlər ki, həmin bina sökülən zaman təhlükəsizlik tədbirləri gözlənilmir. Tikinti şirkəti isə tam əksini deyir.
Yaxınlıqdakı binada aparılan söküntü işləri qonşu bina sakinlərini əməlli-başlı narahat edir. Bura Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 203 ünvanındakı binanın qarşısıdır.
Həmin ərazidə 198 saylı binanın sakinləri köçürülərək, söküntü işlərinə başlanıb. Ancaq üzbəüz binada yaşayanlar iddia edirlər ki, söküntü işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilmir.
Ərazidə söküntü işləri aparan ''Yeni Ailə'' MTK-dan bildirildi ki, onlar Nəsimi Rayon İcra Hakimiyyəti ilə bağladıqları müqavilə əsasında Azadlıq prospekti, Şamil Əzizbəyov, Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində layihə icra edirlər. Həmin layihəyə əsasən, orada köhnə yaşayış yerləri sökülməli, əvəzinə yenisi tikilməlidir. O ki, qaldı təhlükəsizlik tədbirlərinin görülməməsinə, şirkət bu iddanı qəbul etmir.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən bildirildi ki, pilot layihə əsasında sözügedən 4 küçənin kəsişməsindəki binalarda yaşayan 227 mülkiyyətçi köçürülüb. Hazırda sökülən binada isə 55 mülkiyyətçi qeydiyyatda olub. Onlar şirkətlə razılıq əldə edib və müvəqqəti kirayəyə köçürülüblər. Mülkiyyətçilərin hüquqları nəzərə alınaraq şirkətə həmin binanın tezliklə sökülməsi və yerində yenisinin tikilməsi tapşırılıb. İşlər də buna uyğun aparılır",- deyə icra hakimiyyətindən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin