Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
13:22 - 9 Fevral 2024
Müasir dövrdə ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının təkmilləşdirilməsi və inkişafı üçün vacib işlərin görülməsi ilə bağlıdır. Azərbaycanda bu sahənin inkişafı inkişafı prioritet istiqamətlərdən biridir. Ona görə də bu istiqamətdə mühüm işlər görülür. Amma yenə də istənilən nəticə əldə olunmayıb. İstər elm, istər təhsil, istərsə də mədəniyyətin inkişafı ilə bağlı müəyyən addımların atılması zərurətinə ehtiyac yaranmaqda davam edir.
Mövzu ilə bağlı Manset.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, təhsil proqramlarını cəmiyyətimizə uyğun tətbiq edə bilməyimiz üçün öz təhsil proqramımızı formalaşdırmağımız bizim üçün çox vacibdir.
Elçin Əfəndi qeyd edib ki, ölkəmizdə müvafiq olaraq istər Avropa təhsil proqramlarını, istərsə də başqa proqramları tətbiq etmədən öncə bu istiqamətdə ən azı müəyyən bir dövr ərzində təhsilalan və təhsil verənlərə ümumi bir informasiya verilməsini, həmçinin, təhsilalanlara xüsusi bir təlim keçirilməsini təmin etməliyik:
“Hər hansı bir proqramı birbaşa gətirib tətbiq etdikdə təbii ki, bunun effekti olmayacaq. Necə ki, hal-hazırda biz kurikulum təhsil tətbiqindən sonra bunun fərqindəyik. Ümumilikdə, ölkəmizdə müvafiq təhsil proqramlarından və bəzi istiqamətlər üzrə sintez olunmuş proqramlardan istifadə olunur. Amma bizim üçün vacib olan öz təhsil proqramımızı formalaşdırmağımızdır ki, cəmiyyətimizə uyğun tətbiq edə bilək. Çünki proqramlarda bəzi detallar var ki, onu bir yerdə tətbiq edərkən problem yaşamırıq, digər bir yerdə tətbiqində isə çətinklərlə üzləşirik. Bütün bu amillər nəzərə alınmalıdır. Eyni zamanda biz başqa ölkələrdən də nümunələr götürməliyik. Təəssüflər olsun ki, bizdə şagirdlərin və tələbələrin hazırladıqları məhsulların bazara çıxarılmasında bəzi universitet və bəzi məktəblər istisna olmaqla, qalan təhsil müəssisələrimiz bu prosesə cəlb olunmur. Bu istiqamətdə bir növ təkcə təhsil vermə yox, bilik və bacarıqların formalaşdırılması və əldə olunan biliyi istehsalata cəlb etmək, ölkə iqtisadiyyatına dəstək xarakterli addımlar atılmasına təşfiq etməliyik. Hansı ki, dünyanın qabaqcıl ölkələrində bu proses var və tətbiq olunur. Dövlət elmi-kütləvi, mədəni-maarif və təhsil sahəsində addımlar atır. Amma yenə də çatışmayan tərəflər var. Bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlar ciddi və əməli işlər görməlidir”.
Təhsil eksperti texnologiyanın sürətli inkişafını müasir dünyanı, o cümlədən Azərbaycanı çağırışlara dərhal cavab verməyə səslədiyini vurğulayıb:
“Bəzi ərazilərdə təhsildən yayınan və erkən nikaha cəlb olunan şagirdlərin təhsilə yönləndirilməsi istiqamətində işlər görülməlidir. Bunun üçün Elm və Təhsil Nazirliyi səmərəli bir iş ortalığa çıxardıb, müəyyən layihələr həyata keçirməklə onları təhsildə saxlamağa çalışmaqlıdır. Bu istiqamətdə müəyyən pilot layihələr həyata keçirilir. Həmin layihələrin bəzilərində bu kimi məqamlar var. Amma bunu konkret dövlətin bir proqramı kimi tətbiq etmək daha məqsədə uyğun və təhsil üçün daha effektiv olar. Hal-hazırda informasiya əsridir və çalışmalıyıq ki, informasiya texnologiyalarının tətbiqini daha düzgün həyata keçirək və bütün təhsil müəssisələrində əlçatanlığı təmin edək. İnformasiya texnologiyaları əsasında distant formalı təhsildən faydalanmalıyıq. İmkan yaratmalıyıq ki, bizim bəzi, vətəndaşlarımız müvafiq təhsil müəssisələrinə gedib gələ bilməyən, evdar xanımlar, fiziki məhdudiyyətli şəxslər, eyni zamanda əhalinin işləyən təbəqəsi o təhsildən yararlana bilsin”.
Elçin Əfəndinin sözlərinə görə, televiziyalarda elə verilişlər hazırlanır ki, onlar cəmiyyəti istər elmi-kütləvi, istərsə də mədəni-maarif istiqamətinə deyil, əslində cəmiyyətin kütləşməsinə xidmət edir:
“Təəssüflər olsun ki, bizdə televiziyalarımızın heç birində təhsillə bağlı müvafiq bir platforma yoxdur. Televiziyalarımızda elm və təhsil məsələləri müzakirə olunmur. Bir Mədəniyyət kanalımız var. Orda da yalnız mədəni-maarifləndirmə istiqamətində müəyyən işlər görülür. Amma bunu bir çox televiziyalarda etmək olar. Televiziyalarda elmi-kütləvi və mədəni-maarif verilişləri, eyni zamanda tədbirləri çox az keçirilir. Televiziyalara alimlərimiz dəvət olunmalı, onların yaradıcılığı işıqlandırılmalı və gənclərimiz onlardan nümunə götürməlidir. Beynəlxalq yarışmalarda azərbaycanlı alimlər, məktəblilər, tələbələr iştirak etməlidir. Bu gün televiziyalarımız daha çox şou istiqamətində inkişaf edir deyə bilərik. Məsələnin bu tərəfi ilə ciddi məşğul olmalıyıq”.
Əfsanə Rəcəb
6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin