BMT rəhbəri "Taliban"ı verdiyi vədlərə əməl etməyə çağırdı

22:22 - 11 Oktyabr 2021

BMT rəhbəri

"Taliban”ın əfqan qadınların və uşaqların hüquqlarını qorumaq vədlərini yerinə yetirməməsindən dərin narahatlığımı ifadə edirəm. “Taliban”ı beynəlxalq insan hüquqları və humanitar qanunlar üzərindəki öhdəliklərini yerinə yetirməyə, qadın və qızlara verdiyi sözlərə əməl etməyə çağırıram”.

Manşet.az xəbər verir ki, bu fikirləri BMT baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil qərargahında jurnalistlərə açıqlamasın deyib. Əfqanıstanda humanitar böhranın artdığını qeyd edən baş katib əhalinin yarısının, təxminən 18 milyon insanın bundan təsirləndiyini bildirib: “Taliban” ölkəni nəzarətə götürdükdən sonra ölkənin qaynaqlarını dondurub və inkişaf yardımları dayandırılıb. Əfqanıstanda iqtisadiyyat çökmə həddinə çatıb, iqtisadiyyata yenidən nəfəs almaq üçün yollar axtarmalıyıq”.

Əfqanıstan iqtisadiyyatının 80 faizinin qeyri-rəsmi olduğunu vurğulayan A.Quterreş bildibi ki, qadınlar olmadan Əfqanıstan iqtisadiyyatını və cəmiyyətini bərpa etmək mümkün deyil: “İqtisadi çöküşün qarşısını almaq üçün iqtisadiyyata likvidlik təmin edilməlidir və bunu beynəlxalq qanunları pozmadan və ya güzəştə getmədən edilə biləcəyini vurğulayıram. Biz Əfqanıstana kömək etməsək, bunun bədəlini bütün dünya ödəyəcək. Əfqanlara kömək etmək üçün dərhal hərəkətə keçməsək, yalnız onlar deyil, bütün dünya ağır bir bədəl ödəyəcək. Qida təminatı, iş yerləri və insan hüquqları olmadan heç bir əfqan o ölkədə yaşamağı seçməyəcək. Əfqanların daha yaxşı həyat üçün ölkədən qaçdığını görürük. Göstəricilər onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkədə cinayətlər və terrorçuluq şəbəkələri də artacaq. Bu isə təkcə Əfqanıstana deyil, bölgəyə və dünyanın qalan hissəsinə mənfi təsir göstərəcək”.

Report


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin