Deputatın velosipedi OĞURLANDI

16:21 - 11 Oktyabr 2021

Deputatın velosipedi OĞURLANDI

Milli Məclisin deputatından oğurluq olub.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə deputat Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.


Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.
 

E.Mirbəşiroğlu açıqlamasında məlumatı təsdiqləyib.
 

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:
 

“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.
 

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin