25 yaşlı jurnalist koronavirusdan vəfat etdi

15:00 - 11 Oktyabr 2021

25 yaşlı jurnalist koronavirusdan vəfat etdi

Gənc jurnalist Nurlan Ağa Türkiyədə koronavirusdan vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

25 yaşlı jurnalistin bir müddət əvvəl COVID-19-a yoluxduğu, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilirdi.

Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

O, son vaxtlar Türkiyədə yaşayırdı və Atatürk Universitetində təhsil alırdı.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin