Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
13:28 - 11 Oktyabr 2021
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 57 nömrəli tam orta məktəbdə dərslər tamamilə dayandırılıb.
Manset.az xəbər verir ki, buna səbəb məktəbin qəzalı vəziyyətə düşməsi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə təhsil alan şagirdlər rayon ərazisində fəaliyyət göstərən digər təhsil ocaqlarında dərslərini davam etdirəcəklər.
Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəy verəndən sonra şagirdlərin digər məktəblərə köçürülməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, sabahdan etibarən İdarənin tabeliyindəki 57 nömrəli tam orta məktəbin 1-4-cü sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, 5-11-ci sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.
Məktəbdə tədrisin dayandırılması ilə bağlı qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının binanı qəzalı vəziyyətə salması səbəbindən verilib. Lakin məktəbdə təmir işlərinin nə vaxt başlanıb, yekunlaşacağı tarix isə bilinmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin