Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Manset.az-a məlumat verilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Qeyd edək ki, ötən gün də dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saat 21:00-dək 20 km/saat aşağı salınmışdı.