Netanyahu Qərbi Qüdsdə ölkəsində səfərdə olan Hollandiyada müvəqqəti hökumətin baş naziri Mark Rutte ilə görüşüb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bununula bağlı İsrailin Baş Nazirliyi Mətbuat İdarəsi açıqlama yayıb.
Açıqlamada, Netanyahunun Rutteyə Qəzzaya hücumlarla bağlı məlumat verdiyi bildirilib.
Netanyahu Rəfahda Həmas-ın hərbi qanadı İzəddin Əl-Qəssam Briqadalarının batalyonlarını hədəf alacaqlarını bildirib və “Həmas üzərində tam qələbə qazanana qədər” hücumları davam etdirəcəklərini qeyd edib.
Netanyahu fevralın 9-da verdiyi açıqlamada ordu və təhlükəsizlik təşkilatına Rəfaha hücum planı hazırlamaq və oraya sığınan təxminən 1,4 milyon fələstinlini başqa bölgələrə göndərmək göstərişi verdiyini açıqlayıb.
Jalə
Manşet.az