Azərbaycan Qran-prisi: "Formula 2"nin qalibləri mükafatlandırıldı - YENİLƏNİB

14:43 - 6 İyun 2021

Azərbaycan Qran-prisi:

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

"Report"un məlumatına görə, "Hitech Grand Prix"dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Prema Racing"dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yerə layiq görülüb. "Uni-Virtuosi Racing"in pilotu Felipe Druqoviç 4-cü ola bilib.

Qeyd edək ki, saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin