Türkiyənin məşhur pop ulduzu Tarkan anasının vəfatından sonra ilk dəfə səhnəyə çıxaraq duyğulu anlar yaşayıb.
Manset.az xəbər verir ki, sənətçi 68 yaşında dünyasını dəyişən anası Neşe Tevetoğlunun itkisinə baxmayaraq Avropa turnesini davam etdirir.
Ştutqart şəhərində keçirilən konsert zamanı səhnəyə anasının fotosunun əks olunduğu fonla çıxan Tarkan "Uzun ince bir yoldayım" mahnısını ifa edərkən emosiyalarına hakim ola bilməyib və göz yaşlarına boğulub.