Rusiyalı aktrisa Svetlana Xarlap vəfat edib.
Manset.az Baku.ws-ə istinadla xəbər verir ki, aktrisa 84 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Svetlana Xarlap 1940-cı il dekabrın 17-də Moskvada anadan olub. Aktrisa iki Ali təhsil alıb. İlk Ali təhsil müəssisəsini bitirdikdən sonra Rusiya Akademik Gənclər Teatrının truppasına daxil olub.
O ən böyük uğurunu dublyaj sahəsində əldə edib. Sovet cizgi filmlərini səsləndirib və 90-cı illərdə xarici filmlər üzərində işləməyə başladı.
Svetlana həmçinin Rusiyanın məşhur "Spokoynoy noçi, malışı!" verilişində "Xryuşa", "Stepaşka" və "Karkuşa" obrazlarını səsləndirib.