Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə davam edir.
Manset.az xəbər verir ki, Mədəniyyət günləri gedişində aprelin 22-də Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın “İrs inciləri: Azərbaycan Orta əsr rəssamlığı” mövzusunda mühazirəsi təşkil olunub.
Mühazirəni müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər.
Sənətşünas alim
Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri barədə ətraflı məlumat verib.
Mühazirədə Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən Orta əsr miniatür rəssamlığına qədər bu sahənin inkişaf tendensiyaları, müxtəlif regionlar üzrə sənət məktəblərinin formalaşması məsələlərindən bəhs olunub.
Alim sonda iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.