Martın 31-də dünyanın ən böyük uşaq kitab sərgisi olan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə xüsusi stendlə təmsil olunur.
Manset.az xəbər verir ki, Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti sərgidə iştirak edir. Yenilənmiş dizayna malik milli stenddə "Şərq-Qərb", "Libra Kitab", "Qələm", "Everest", "Təhsil, "Aspoliqraf", "Altun Kitab", "Qanun", "Ting", "Oskar", "Zəka Print", "Radius" kimi Azərbaycan nəşriyyatlarında azyaşlı oxucular üçün çap olunmuş 160-dan çox adda 200 nüsxədən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.
Ölkəmizin nümayəndə heyəti sərgi çərçivəsində bir sıra tədbirlərə qatılıb. Türkiyə Respublikasının nümayəndə heyəti, eləcə də Çexya, Slovenya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland kimi ölkələri təmsil edən nəşriyyat nümayəndələri, uşaq müəllifləri və illüstratorlarla işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Novruz bayramının timsalında milli adət-ənənələrimizin təqdimatı ilə bağlı tədbir təşkil olunub, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti haqqında sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilib.
Nazir müavini F.Cəfərov sərgi çərçivəsində Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisinin Təşkilat Komitəsinin rəhbəri Elena Pasoli ilə görüş keçirmişdir. Görüşdə Bolonya Kitab Sərgisi ilə Bakı Beynəlxalq Kitab Sərgisi arasında əməkdaşlıq, Bolonya sərgisinin təcrübəsindən Bakı Kitab Sərgisində istifadə olunması, eləcə də gələcəkdə Azərbaycanın Bolonya Kitab Sərgisində fəxri qonaq qismində iştirak imkanları müzakirə olunmuşdur.
Aprelin 3-dək davam edəcək sərgidə Azərbaycan müəlliflərinin kitab təqdimatları, yerli naşirlərin müxətlif ölkələrdən olan həmkarları ilə işgüzar görüşləri nəzərdə tutulub.
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində - FOTOLAR
19:00 - 01 Aprel 2025






Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşdü - FOTOLAR

İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açıldı - FOTOLAR

Masallıda növbəti ustad dərsi keçirildi - FOTOLAR

“Müxtəlifliyə qucaq açaq” adlı sərgi keçirildi - FOTOLAR

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlandı

Əməkdar artistin səhhətində problem yarandı - Yeriyə bilmir

“Bu sahəni təkcə Cahangir düzəldə bilməz...”

"Cahangir Novruzov ölkəyə dəvət edilsin"

Adil Kərimli Bakıda qətərli həmkarı ilə görüşdü - FOTOLAR

Ölkəmiz "Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimində təmsil olundu

Mədəniyyət naziri Bakıda qəbul keçirdi - FOTOLAR

Hiss reklam qiymətini açıqladı - ŞOK RƏQƏM
Xəbər xətti
- 17 Aprel 2025
- 10:53 Xınalığa 1 metrə qədər qar yağdı
- 10:46 AZAL may ayında uçuşların sayını artırır
- 10:35 Prezident qəbul keçirdi
- 10:30 Yol polisi sürücülərə təşəkkür etdi
- 10:28 Traktor aşdı - 1 nəfər öldü
- 10:24 Baş nazirdən bu hərbçilərlə bağlı QƏRAR
- 10:19 Qəbul imtahanlarına qeydiyyat BAŞLADI
- 10:15 Sel sularının yaratdığı fəsadlar aradan qaldırılır - VİDEO
- 10:10 "Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub"
- 10:00 İlham Əliyev Çin səfirini qəbul etdi
- 09:56 Nazirlər Kabinetinin bu qərarları ləğv edildi
- 09:53 HƏMAS yaxın saatlarda Qəzza ilə bağlı təklifə cavab verə bilər - KİV
- 09:43 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
- 09:39 Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşdü - FOTOLAR
- 09:27 "Övladımın məzarını ziyarət edə bilməmişəm" - Mərhum meyxanaçının anası
- 09:21 Avropa Liqasında yarımfinalçılar bəlli olur
- 09:15 Türkiyədə gündəm olan qayınana və kürəkəni həbs edildi
- 09:08 Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı - Bakıda dəhşətli faciə
- 08:59 Bakının hansı küçələrində sıxlıq var?
- 08:00 Video zənglərdə yenilik - “WhatsApp” görüntünü dəyişdi
- 07:00 Dünyanın ən nüfuzlu 100 insanı - SİYAHI
- 01:00 Maldiv adaları İsrail vətəndaşlarına qadağa tətbiq etdi
- 00:30 ABŞ-İran danışıqlarının yeri və tarixi dəqiqləşdi
- 16 Aprel 2025
- 23:49 Əlcəzair 12 fransalı diplomatı ölkədən qovdu
- 23:31 Bakıda həyat yoldaşını öldürən şəxs intihar etdi
- 23:06 Rusiya ordusu Donetsk vilayətində irəlilədi
- 22:40 Aramsız yağışa görə bu yol bağlandı
- 22:34 Azərbaycan və İran XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirildi
- 22:13 Britaniyada "Google" məhkəməyə verildi
- 21:52 Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR
- 21:40 Faktiki hava açıqlandı
- 21:37 Tramp vergiləri 245 faizə qaldıra bilər
- 21:12 Djuro Matsuta nazir seçildi
- 20:53 Bu universitetdə dövlət imtahanı ləğv edildi
- 20:13 İlham Əliyevin Kavelaşvili ilə görüşündən GÖRÜNTÜLƏR
- 20:12 ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
- 19:54 Kavelaşvilinin Azərbaycana səfəri başa çatdı
- 19:51 Daha bir Avropa ölkəsi Fələstini tanıdı
- 19:33 Gürcüstan Prezidenti Milli Məclisdə oldu
- 19:14 Qrossi İranda səfərdədir
- 18:59 Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək
- 18:42 Azərbaycanla Çin arasında saziş imzalanacaq
- 18:28 Kərim Vəliyev Slovakiyada səfərdədir
- 18:16 “O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı
- 17:55 “Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb”
- 17:45 Sabah bu ərazilərdə qaz olmayacaq
- 17:35 ÇL-in oyunlarını yayımlayacaq kanallar
- 17:25 Bakı-Quba yolunu su basdı - VİDEO
- 17:18 İlham Əliyevdən mühüm SƏRƏNCAM
- 17:11 "İphone 16" "Apple" şirkətini yenidən zirvəyə daşıdı
- 17:00 Xınalıqda 71 sm qar yağdı

