Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" adlı bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.
Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.
Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.
Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.
Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.
Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
"Cənnət yuxusu" filminin premyerası keçirildi - FOTOLAR
10:42 - 12 Mart 2025












Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Aktrisa həyat yoldaşı ilə barışdı?

Tarkan səhnədə duyğularına hakim ola bilmədi...

IV Beynəlxalq Baxşı Festivalının açılışından - FOTOLAR

84 yaşlı Xalq artisti vəfat etdi - FOTO

Ölkəmiz IV Beynəlxalq Baxşı Sənəti Festivalı və II Türk Dünyası Mədəniyyət Forumunda - FOTOLAR

"Hüseyn Dəryanın eqosu onu buna vadar etdi"

Aysel Şükürün keçmiş əri övladlarından imtina etdi - FOTOLAR

Mədəniyyət məktəblərinə ilk birgə elektron qəbul başlayır

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatdı - FOTO

Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Bişkekdə Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi - FOTOLAR

İstanbulda “Azərbaycan Kino Günləri” keçiriləcək
Xəbər xətti
- 28 Aprel 2025
- 12:57 Prezidentlərin məhdud tərkibdə görüşü BAŞLADI
- 12:51 Baş nazir Heydər məscidi ilə bağlı QƏRAR VERDİ
- 12:48 Prezident Pezeşkianı qarşıladı
- 12:31 Bu yolda sürət həddi endirildi
- 12:27 İran Prezidenti Azərbaycanda səfərdədir
- 12:19 Sabah Bakıda yağış yağacaq
- 11:59 "Zəngəzur dəhlizinin açılması mütləqdir" - AÇIQLAMA
- 11:56 Bakıda ermənilərin növbəti məhkəməsi keçirilir
- 11:46 Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır
- 11:29 Pezeşkian Bakıya yola düşdü
- 11:14 Baş məşqçi tarixə düşdü - 300 oyunda 160 QƏLƏBƏ
- 11:05 "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:01 Mövqelərimiz yenidən atəşə tutuldu
- 11:00 Türkiyədən Pakistana 6 təyyarə dolusu SİLAH
- 10:55 Farş ət niyə təzə ətdən ucuzdur? – Ekspert açıqladı
- 10:43 Problemli kreditlərin həcmi artdı
- 10:40 "Biz davamlı inkişafın təşviqinə daim sadiqik" - İlham Əliyev
- 10:33 Azyaşlı pəncərədən düşdü - ANBAAN VİDEO
- 10:32 Bu çaylarda sululuq artdı
- 10:23 Ata və uşaqlar ölü tapıldı - FACİƏ
- 10:14 Prezidentdən konfrans iştirakçılarına MÜRACİƏT
- 10:09 Bakıda forum keçirilir
- 10:05 Bu vəzifə Samir Hümbətova həvalə olundu
- 09:54 "Trabzonspor" "Qalatasaray"ı məğlub edəcək? - Erman Toroğludan PROZNOZ
- 09:46 Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
- 09:42 "Sumqayıt" "Neftçi"yə qarşı
- 09:35 “Azərbaycan dilinin dövlət dili kimi qorunmasının təməlində Ulu Öndərin uzaqgörən siyasəti dayanır” - Deputat
- 09:30 Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü
- 09:16 Qurban Qurbanovun Bəhlul Mustafazadə ilə görüşməməyi suallar yaradır?
- 09:00 Sürücülərin nəzərinə - Bu yollar tıxaclıdır
- 08:30 Təyyarə quşlarla toqquşdu - Havada həyəcan
- 08:00 "İlham Əliyevlə görüşümdə də bu, əksini tapacaq" - Pezeşkian
- 01:30 Bəzi ərazilərdə qaz olmayacaq
- 00:30 “Köklü dəyişiklik ağır gəlir” - Qurban Qurbanov
- 00:01 Zərifə Əliyevanın anadan olmasından 102 İL ÖTÜR
- 27 Aprel 2025
- 23:59 "İran-Azərbaycan ticarət əlaqələri güclənə bilər" - Pezeşkian
- 23:54 İran səfirliyimizə hücum edən şəxsi edam etməyə hazırdır
- 23:42 "Qalatasaray" rəqibini MƏĞLUB ETDİ
- 23:29 Aktrisa həyat yoldaşı ilə barışdı?
- 23:20 Türkiyədə zəlzələ oldu
- 22:43 "Həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik" - Məsud Pezeşkian
- 22:30 Azyaşlı qıcolmadan ÖLDÜ
- 22:30 "Əməkdaşlıqda məhdudiyyət nəzərdə tutmuruq" - İran Prezidenti
- 21:56 "Qarabağ" çempionluğunu RƏSMİLƏŞDİRDİ
- 21:53 Kütləvi davada 3 nəfər BIÇAQLANDI
- 21:12 "İran və Azərbaycan bir birinə çox kömək edə bilər" - Məsud Pezeşkian
- 20:41 Zelenski cəbhədə “ən qaynar” nöqtələri AÇIQLADI
- 20:15 Müdafiə Nazirliyi həftəlik icmalını TƏQDİM ETDİ
- 19:36 Xəzər dənizində zəlzələ oldu
- 19:33 Lökbatan yolunda QƏZA - Ölən var
- 19:14 İstanbulda zəlzələ ilə bağlı PROQNOZ

