Dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verildi

18:49 - 22 Aprel 2025

Dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.



Manset.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətl maddəsi ilə verilmiş ittiham dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən Svetliçnıy İvan Nikolayeviç 16 il 1 ay azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv