Yolu süpürən qadını maşın vurub öldürdü

10:24 - 27 Noyabr 2024

Yolu süpürən qadını maşın vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.

Bildirilib ki, bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Səriyyə Tofiq qızı Zeynalovanı avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv