Tramp Azərbaycan məhsullarına da tarif tətbiq etdi

11:35 - 03 Aprel 2025

Tramp Azərbaycan məhsullarına da tarif tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Azərbaycan məhsullarına tarif tətbiq edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Tramp bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycandan ABŞ-a idxal olunan məhsullara 10% tarif tətbiq olunacaq.

Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib.

Tariflər 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir.

Tramp bildirib ki, bu, Amerika tarixində ən mühüm günlərdən biridir: "Bu, bizim iqtisadi Müstəqillik Bəyannaməmizdir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv