Gürcüstanda "NATO-Gürcüstan Təlimləri 2025" adlı hərbi təlimlərə start verilib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bu, hər üç ildən bir keçirilən NATO-Gürcüstan təlimlərinin sayca dördüncüsüdür.
Bildirilir ki, "NATO-Gürcüstan Təlimləri 2025" NATO-nun Avropada Ali Baş Komandanlığı (SHAPE) və Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahı tərəfindən planlaşdırılıb. Tədbir NATO tərəfindən hazırlanmış ssenari, müvafiq prosedur və doktrinalara uyğun olaraq həyata keçirilir.
Çoxmillətli təlimlərdə NATO-nun 17 üzv və tərəfdaş ölkəsi iştirak edir ki, onların arasında Azərbaycan da var.