Pezeşkian Bakıya yola düşdü

11:29 - 28 Aprel 2025

Pezeşkian Bakıya yola düşdü

Məlumdur ki, Qarabağ məsələləri başlayanda əsas qarşıya qoyulan məqsəd Türk dövlətləri arasında quru  sərhəddin olmaması idi. Buna bu və digər  şəkildə onlar nail oldular və bu gün Azərbaycandan Naxçıvana getmək üçün ya Türkiyənin ərazisindən girmək lazımdır və yaxud İran ərazisindən girmək lazımdır. Buna görə də bir mənalı şəkildə biz bu məsələnin həllində çalışırıq və 44 günlü müharibədən sonra imzalanmış üç tərəfli kapitulyasiya aktına görə bu məsələ öz həllini tapmalı idi.


Buna baxmayaraq, istər ermənilər, istər onların havadarları və hətta, deyərdim, İranın özü çalışırdı ki, zəngəzur dəhliz açılmasın. Çünki, bu bir daha qeyd edirəm, üçüncü dövlətin ərazisi vasitəsi ilə, İranın ərazisi vasitəsi ilə məhz Azərbaycanın rayonlarından Naxçıvana gedmək məsələsini üçüncü dövlətin ərazisi hesabına edirdi. Buna görə də baxmayaraq ki, naxçıvana bugün İran ərazisindən gediş-gəliş var, yəni bu yenə də üçüncü bir dövlətin ərazisidir.


Buna görə də düşünürəm ki, zəngəzur dəhlizin açılması mütləqdir, vacibdir. İran prezidenti Pezeşkiyanın da verdiyi açıqlamada üçüncü dövlətin əgər ərazi bütövlüyünə hər hansı bir problem yaranmırsa deməsi məsələsi var. Təbii ki, yaranmır. Bu dəhliz əvvəllərdə olub, dəmir yolu əvvəllərdə işləyib, hər hansı bir ciddi problemdən də söhbət gedə bilməz. Digər məsələ. Bu Zəngəzur dəhlizinin açılması Ermənistanın və ya digərlərinin tək istəyi ilə deyil.


Bu, beynəlxalq məsələdir. Çindən Avropaya gələn yüklərin və eyni zamanda digər dövlətlərdən məhz belə bir yolun işləməsi çox mühüm əhəmiyyət kəsb edir Avropadan Çinə qədər, Çindən Avropaya qədər və digər dövlətlərdən. Bu, mütləq şəkildə açılmalıdır. Ermənilər əvvəllər bunu dəhliz kimi görmək istəmirdilər onun qorunması məsələsini gündəmə gətirirlər. Bugün demək olar ki, belə bir ciddi problem də yoxdur.


Çünki belə bir president var, belə bir analog var. Məsələn, Rusiyanın Kaliningrad vilayətinə getmək üçün həm Avropa İttifaqının ərazisindən, eyni zamanda Belarusiya ərazisindən yollar var. Yəni, burada da heç bir ciddi problem yoxdur. İstər dəmir yolu işləyir, istər avtomobil yolu işləyir. Bunun da qarşısını ala biləcək elə bir maniyə yoxdur. Sadəcə olaraq bütün prosedurlara riayət etmək və bu yolun bərpasını həyata keçirmək mütləq şəkildə lazımdır.


Ona görə də bunun kimin istəyib, istəməməsinə bunun dəxli yoxdur. Mən düşünürəm ki, Azərbaycan bu yolun açılmasında israrlıdır və belə də düşünürəm ki, olacaqdır. Təbii ki, mane olan dövlətlər olacaq, havadarlar var, bunların və hər birinin öz maraqı var. Lakin əsas məram məqsəd odur ki, bu yol açılacaqdır və bu yolda dünyanın iqtisadi məsələlərinə tövbə verən bir logistik daşımaları həyata keçirən, sonradan artıq digər infrastruktur, əslər kəmərlər olsun, digərlər olsun, tək, yəni, otomobil yolu, dəmir yolu deyil, digər məsələlər də həll edə biləcək bir yola çevriləcəkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv