Bakıda forum keçirilir

10:09 - 28 Aprel 2025

Bakıda forum keçirilir

Bu gün Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilir.


Manset.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv