Azərbaycan XİN Cənubi Afrikanı təbrik etdi

13:32 - 27 Aprel 2025

Azərbaycan XİN Cənubi Afrikanı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Azadlıq Günü münasibətilə Cənubi Afrika Respublikasını (CAR) təbrik edib.


Manset.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edirik!”, – təbrik mətnində qeyd olunub.

Qeyd edək ki, CAR-ın aparteid rejiminin süqutu və yeni dövrün başlanğıcını simvolizə edən Azadlıq Günü CAR-da 27 aprel tarixində qeyd olunur. 1994-cü ilin bu günündə ilk dəfə ümumi seçkilər keçirilib və bütün vətəndaşlar, irqindən asılı olmayaraq, səs vermək hüququndan istifadə ediblər. Bayram Cənubi Afrikanın bərabərlik, insan hüquqları və sosial ədalət sahəsindəki nailiyyətlərini vurğulayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv