Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil - Uzaq Çin indi bizə daha yaxındır

17:17 - 23 Aprel 2025

Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil - Uzaq Çin indi bizə daha yaxındır

Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra Azərbaycan beynəlxalq arenalarda daha güclü, daha qətiyyətli, inamlı və özügüvənlidir. Lider faktoru ilə birbaşa bağlı olan bu mühüm amillər ölkəmizi dünya siyasi arenasında tarixin heç bir dönəmində olmadığı qədər aparıcı mövqeyə yüksəldib. Bu baxımdan, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dünən gerçəkləşən tarixi səfəri də çox mühüm əhəmiyyət kəsb edir. Tarixi dostluq, iqtisadi-ticari, siyasi əməkdaşlıq bu gün əlaqələrin yeni mərhələdə daha sürətli inkişafını şərtləndirir ki, cənab İlham Əliyev və cənab Si Cinpi bunu etdilər. Hər iki lider hərtərəfli strateji əməkdaşlıq əlaqələrinin əsasını qoymaqla münasibətlərin dərinləşməsinə yeni nəfəs verdilər.


                                                                          Geosiyasi oyunlara Pekində daha bir nöqtə qoyuldu


Təbii ki, səfər çərçivəsində diqqəti çəkən əsas məqam isə diplomatik  münasibətlərin 33 illiyi ərəfəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasıdır.  Dünyanın supergüclərindən biri olan və artıq gələcəyin ölkəsinə çevrilən Çinlə belə bir mühüm sənədin imzalanması Prezident İlham Əliyevin düşünülmüş, ölkəmizin milli maraqlarına əsaslanan uğurlu xarici siyasət kursunun təntənəsidir. Bəyanatda qeyd olunduğu kimi, tərəflər milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Bəli, məhz bu tarixi səfərin mahiyyətində dayanan əsas faktorlardan biri Azərbaycana qarşı yönəlmiş geosiyasi oyunlara Pekində daha bir nöqtə qoymaq, eləcə də bölgədə əsas oyunçunun Azərbaycan olduğunu bir daha təsdiqləməkdir. Bu, həm də, Fransa, ABŞ, Rusiya kimi güclərə yeni reallaqların fonunda verilən bir mesajdır.

                                                                                                          20 faizdən çox artım


Müasir dövrdə iqtisadi güc yoxdursa, siyasi arenada uğur qazanmaq çox çətindir. Belə olan halda, səninlə heç kim hesablaşmaq istəmir.Məsələn, elə Nikol Paşinyanı götürək. Onun  xaricə etdiyi səfərlər turistik mahiyyətdən başqa bir şey ifadə etmir. Hər iki ölkə bu amili də nəzərdən qaçırmayaraq  yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Və ciddi əsaslar da var: son illər qarşılıqlı ticarət dövriyyəsi 20 faizdən çox artıb.

Həmçinin, tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrinin kommersiya əsaslı əməkdaşlığının möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəklərini ifadə ediblər.  

Xüsusilə, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq,  təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşması, nəqliyyat infrastrukturunun inkişafı, logistika və daşınmaların səmərəliliyinin artırılması istiqamətində də birgə addımlar atılacaqdır.

                                                                 Media sahəsində də əməkdaşlıq genişləndiriləcək

Çin-Azərbaycan əlaqələri bizim təmsil olunduğumuz sahələr üzrə də diqqətdədir. Bəyanatda deyilir ki, tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar. Hər iki ölkə qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər. Və daha bir mühüm cəhət isə vizaların qarşılıqlı ləğvidir. Məsələ konkret bu cür vurğulanır: “Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar”.

                                                                                            Qardaşlaşdıq


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv