Kallasın Azərbaycana səfər proqramı məlum olub - YENİLƏNDİ

22:04 - 22 Aprel 2025

Kallasın Azərbaycana səfər proqramı məlum olub - YENİLƏNDİ

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən verilən məlumata görə 25 aprel tarixində Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Bakı şəhərində olacaq.

Bildirilib ki, Ali Nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşəcək.

Həmçinin, Kallas Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə də görüş keçirəcək. Görüşdən sonra mətbuat üçün açıqlamalar veriləcək.

Günün ikinci yarısında isə Kaya Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.

***

19:35

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv