Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə polkovnik-leytenant Vüsal Yolçiyev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Vüsal Yolçiyev bundan əvvəl Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini idi.