Səfərbərlik Xidmətinin idarə rəisi HƏBS EDİLDİ

15:40 - 22 Aprel 2025

Səfərbərlik Xidmətinin idarə rəisi HƏBS EDİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma o zaman barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, üç aylıq həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv