Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Manset.az xəbər verir ki, gündəliyə daxil edilən məsələlərin sayı 22-yə çatdırılıb.
Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb. Bir müddət əvvəl 70 yaşını tamamlayan Vəliyev 2005-ci ildən Hərbi Prokurorluğa rəhbərlik edirdi.