"AGA Group" şirkətindən tələbələr şikayət edir.
Manset.az xəbər verir ki, ötən il şirkət “Dəmir Ay” adlı təqaüd proqramı çərçivəsində tələbələr arasında müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən, qalib gələn tələbələrə bir il ərzində hər ay 250 AZN təqaüd ödənəcəyi vəd olunub.
Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, tələbələrin əksəriyyəti yalnız bir aylıq ödəniş aldıqlarını bildirirlər. Şirkət isə vədlərinə əməl etmir və təqaüdlərin davamı ilə bağlı konkret mövqe ortaya qoymur.
Narazı tələbələr dəfələrlə "AGA Group"la əlaqə saxlayaraq məsələni gündəmə gətirsələr də, şirkətdən rəsmi cavab ala bilməyiblər. Şirkət hazırda ictimaiyyətə və iştirakçılara məsələ ilə bağlı heç bir açıqlama təqdim etməyib.