Aylıq əməkhaqqı saatlıq maaşla  əvəzlənir... - NƏ DƏYİŞƏCƏK? 

11:27 - 29 Aprel 2025

Aylıq əməkhaqqı saatlıq maaşla  əvəzlənir... - NƏ DƏYİŞƏCƏK? 

Cari ilin 1 iyun tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təkliflərin hazırlanması və müvafiq qurumlara təqdim olunması nəzərdə tutulur. Bu istiqamətdə Əmək Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır.  Bəs, yeni sistem hansı dəyişikliklərə səbəb olacaq? 


Mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, ümumilikdə Azərbaycanda əmək münasibətlərində əsasən gündəlik və ya vaxt hesablı əməkhaqqı sistemləri tətbiq olunur:

"İşçi işə götürülərkən və rəsmi əmək müqaviləsi bağlanarkən, adətən bu iki seçim təqdim edilir. Bu praktika postsovet dövrünün mirası kimi formalaşmışdır. Halbuki, dünya təcrübəsində saatlıq əməkhaqqı sistemi də geniş şəkildə istifadə olunur. Saatlıq sistem digər əməkhaqqı modellərinə alternativ olaraq çıxış edir və əlavə bir seçim imkanı yaradır".

O qeyd edib ki, bu sistem xüsusilə müəyyən kateqoriyadan olan işçilər üçün çox uyğundur:

"Məsələn, tələbələr, uzaqdan (distans) çalışan əməkdaşlar, günün müəyyən hissəsini başqa yerdə işləyən şəxslər və ya evdar xanımlar üçün saatlıq əmək müqaviləsi daha çevik və uyğun bir modeldir. Bu cür sistem həm də əmək bazarında gender bərabərliyinin təmin olunmasına töhfə verə bilər, çünki daha çox insanın əmək fəaliyyətinə cəlb olunmasına şərait yaradır.

Saatlıq əməkhaqqı sistemi bir çox ölkələrdə uğurla tətbiq olunur və müsbət nəticələr verir. Məsələn, bir tələbə günün 4-5 saatını təhsilə ayırır, qalan vaxtda isə saatlıq əsasda işləyə bilir. Bu, əslində Azərbaycanda da çoxdan tətbiq olunmalı bir modeldir.

Bu yanaşma ilə yanaşı, əmək müqavilələrinin hüquqi çərçivəsində üçüncü bir seçim – saatlıq iş qrafiki – rəsmiləşdirilə bilər. Bu da əmək bazarında seçim imkanlarının artmasına və daha çevik iş modellərinin formalaşmasına səbəb olacaq".


Seyranə Quliyeva



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv