Pakistan və Hindistan arasında müharibə başlayır? - AÇIQLAMA

14:45 - 25 Aprel 2025

Pakistan və Hindistan arasında müharibə başlayır? - AÇIQLAMA

Hindistan və Pakistan arasında gərginliklər 2025-ci ilin aprelindən ciddi şəkildə artıb. Bu gərginliyin əsas səbəbi 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir bölgəsindəki Pahalgam şəhərində baş vermiş terror hücumudur. Hücum nəticəsində 26 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Hindistan hökuməti bu hücumu Pakistan mənşəli yaraqlı qrupların həyata keçirdiyini iddia edib, Pakistan isə bu ittihamları rədd edib .​ Bəs, iki ölkə arasında müharibə ehtimalı varmı? 


Mövzu ilə bağlı Manset.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Pakistan və Hindistan dünyanın nəhəng ölkələrindəndir:

"Onların iqtisadi qüdrətindən daha çox, siyasi yükləri böyükdür. Təəssüf ki, bu ölkələr arasında vaxtaşırı gərginlik dövrləri yaşanır. Son zamanlar bir terror hadisəsi səbəbindən münasibətlər gərginliyin daha da artmasına səbəb olub. Bu, əlbəttə ki, dünyanı, xüsusilə Pakistanın dostlarını narahat etməyə bilməz. Pakistan, Azərbaycan üçün qardaş, müttəfiq və strateji həmkardır. Azərbaycan həmişə onun güclü dəstəyini hiss edib. Doğrudur, iki qonşu ölkə arasında gərginlik ən yüksək həddə çatıb, amma mən hesab edirəm ki, sağlam düşüncə ön planda olacaq və onlar müharibə vəziyyətinə gəlməyəcəklər. Hər halda, müharibə həll yolu deyil. Hindistan və Pakistan arasında bir neçə dəfə hərbi münaqişələr olsa da, sonunda danışıqlar yolu ilə müəyyən məsələləri həll ediblər. Azərbaycan, Pakistanın bu gün suveren hüquqlarının qorunmasının tərəfdarıdır".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv