Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verdi.
Manset.az-ın əldə etdiyi məlumata görə, general-polkovnikin belə addım atmasına səbəb Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə bağlıdır.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.