Xəbər verdiyimiz kimi, qonşu Türkiyədə bu gün ard-arda zəlzələlər baş verib. Bir neçə gün əvvəl Azərbaycanda da təkanlar qeydə alınmışdı. Bəs, ölkəmizdə güclü maqnitudalı zəlzələlərin baş verməsi gözlənilirmi?
Mövzu ilə bağlı Manset.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, güclü zəlzələlərin olacağı gözlənilmir:
"Türkiyədə olan zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur. Heç kim qorxmasın. Azərbaycanda elə bir zona yoxdur ki, həmin ərazidə dağıdıcı zəlzələ ehtimalı olsun. Xırda təkanlar var, olub və olacaq. Bu gün elə axşam 21.00-dan səhər 08.00-a qədər 37 təkan olub. Heç kim də hiss etməyib. Hamı rahat yatıb. Narahatlığa heç bir əsas yoxdur".
Seyranə Quliyeva