Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
15:17
Bakıda bazarda yanğın başlayıb.
Manset.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda yerləşən "Tayqa" ticarət mərkəzinin yaxınlığında baş verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.