“Hökumət evi”ndə təmir-bərpa işləri aparılacaq

16:45 - 06 Fevral 2024

“Hökumət evi”ndə təmir-bərpa işləri aparılacaq

“Hökumət evi”ndə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi hazırlıqlara başlayıb.

Təmir-bərpa işləri çərçivəsində 575 kvadratmetr ərazidə daş və beton səthlərdən suvaq çıxarılacaq, 109 kvadratmetr ərazidə taxta arakəsmələr, dam örtüyü söküləcək. Bundan başqa, 69,3 kvadratmetrlik, eləcə də 2,7 kvadratmetrlik hissələrdə 41-60 sm çıxıntılı divar memarlıq detalları bərpa ediləcək və yenidən qurulacaq.

Həmçinin gücü dörd baldan yuxarı olan küləyə qarşı əlavə tədbirlər həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv