“Şortik” geyindiyinə görə kişini notariusa buraxmadılar - BAKIDA

11:19 - 23 İyun 2021

“Şortik” geyindiyinə görə kişini notariusa buraxmadılar - BAKIDA

Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını deyir.

Manset.az  xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən A. Kərimov adıçəkilən problemlə Nəsimi rayonu 54 saylı notariat kontorunda qarşılaşdığını bildirib. O qeyd edib ki, hadisə 10 gün qabaq baş verib:

“İdarəyə etibarnamə almaq üçün getmişdim. Əynimdə də “şortik” var idi. Bu zaman notariusun köməkçisi yaxınlaşıb dedi ki, bu geyimdə məni içəri buraxa bilməz.

Ona belə bir qadağanın olmadığını izah etsəm də, yenə də polisə göstəriş verdi ki, məni içəri buraxmasınlar. ASAN Xidmətə də “şortik”də getmişəm. Heç nə deyən olmayıb. Məcburən yoldaşım ora yaxınlaşdı. Ancaq sənədlər mənimlə bağlı olduğuna görə məsələmiz həll edilmədi. Mən tələsik həll etməli olduğum məsələyə görə əlavə vaxt itirdim və başqa notarius xidmətinə müraciət etməli oldum”.

“Qafqazinfo” vətəndaşın qarşılaşdığı problemlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Mətbuat Xidmətindən bildirilib ki, bu günlərdə sözügedən notariat konturunda belə bir hadisə baş verməyib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin