Natavan Həbibi bacısını axtarır
24 Noyabr 2024
10:00 - 23 İyun 2021
"Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina edilib".
Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, imtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6%), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46%), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27%) üstünlük təşkil edir.
M.Abbaszadə qeyd edib ki, keçən il müsahibələrdə uğur əldə edən 734 namizəd vakant vəzifələrə təyin edilib: "Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17%) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (223 nəfər), ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin