UEFA Azərbaycan yığmasını texniki məğlubiyyət verdi

00:00 - 30 Noyabr -0001

UEFA Azərbaycan yığmasını texniki məğlubiyyət verdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib.

 

Manset.az  Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.

Buna səbəb qeyd olunan oyun zamanı Azərbaycan yığmasının UEFA İntizam Qaydasını pozmasıdır.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adı çəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin