Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
12:58 - 22 İyun 2021
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyadakı vəziyyətə dair iyunun 23-də keçiriləcək II Berlin konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib.
Məlumata görə, konfrans BMT və Almaniyanın həmsədrliyi ilə keçirilir. Tədbirdə dekabrın 24-də Liviyada keçiriləcək seçkilərin əmin-amanlıq şəraitində yekunlaşmasına dair məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Liviyaya uzun illər rəhbərlik etmiş Müəmmar Qəddafinin 2011-ci ildə qiyam nəticəsində devrilməsindən sonra ölkədə baş verən hakimiyyət boşluğu və ixtilaflar daxili müharibəyə gətirib çıxarıb.
2019-cu ilin aprel ayında BMT-nin tanıdığı mərkəzi hökumətlə ölkənin şərq bölgəsinə nəzarət edən, Misir və BƏƏ tərəfindən dəstəklənən səhra komandiri Xəlifə Həftar arasında hərbi əməliyyatlar başlayıb. Münaqişə Türkiyənin iştirakı ilə başa çataraq 2020-ci ilin oktyabr ayında atəşkəs imzalanıb və bu ilin mart ayında qüvvəyə minib. 2021-ci il dekabrın 24-də Liviyada prezident və parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin