1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu

10:47 - 22 İyun 2021

1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu

Avropa çempionatında 1/8 final mərhələsinin ilk 2 cütünün tərkibi müəyyənləşib.

Manset.az xəbər verir ki, iyunun 26-da Hollandiyanın paytaxtı Amsterdamda Uels - Danimarka, İngiltərənin paytaxtı Londonda İtaliya - Avstriya görüşləri keçiriləcək. Birinci cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçının iştirakçı komandalarından biri olacaq. Uels Danimarkaya qalib gəlsə, yenidən Azərbaycan paytaxtına səfər edəcək. Robert Peycin baş məşqçi olduğu kollektiv A qrupunda 4 xal toplayaraq, ikinci yeri tutub. Bu xallar məhz Bakı Olimpiya Stadionunda İsveçrə (1:1) və Türkiyə (2:0) ilə qarşılaşmalarda qazanılıb. Danimarka isə B qrupunda 3 xalla 2-ci olub.

A qrupundakı hər 3 görüşünü qələbə ilə başa vuran İtaliya 9 xalla 1-ci yeri tutub. Avstriya isə C qrupunda 6 xalla 2-ci olub.

Qeyd edək ki, Bakıya gələcək digər komanda C qrupunda 9 xalla 1-ci yeri tutmuş Niderland ola bilər. Bundan ötrü "narıncılar" D, E və ya F qrupunda 3-cü yeri tutmuş komandalardan biri ilə görüşdən qalib ayrılmalıdırlar.


Digər xəbərlər

Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
Врачи экстренно спасали Петросяна
Выезд на Алтай убил мать на глазах ее детей
Переговоры России и Украины состоятся в апреле: когда и чем?
Традиции и список того, что делать нельзя в Вербное: срочно
Как многие россияне обманывают людей продавая книги: читать
В Ульяновске каждый 6ой парень наденет военную форму:призыв
В Югре целый дом снесло волной из-за взрыва: видео
Православные празднуют Вербное: советы священника

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
xidmet.tv
Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ