"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
09:03 - 22 İyun 2021
Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.
Manset.az xəbər verir ki, Bakı vaxtı ilə eyni saatda start götürən matçlarda Danimarka Rusiya ilə, Belçika isə Finlandiya ilə qarşılaşıb.
Kopenhagendəki "Parken" stadionunda baş tutan görüş danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub. 59-cu dəqiqədə Yussuf Poulsen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.
Bekçika seçməsi isə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda Finlandiyanın qapısından 2 cavabsız qol keçirib. 74-cü dəqiqədə finlandiyalıların qapıçısı Lukaş Qradetski avtoqol müəllifi olub. 81-ci dəqiqədə isə Romelu Lukaku yekun hesabı müəyyənləşdirib - 2:0.
Bu nəticələrdən sonra qrupda Danimarka, Finlandiya və Rusiya 3 xala malik olsa da, birincilər daha yaxşı göstəriciyə malik olduğundan 1/8 finala vəsiqə qazanıb. Finlandiya 3-cü yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir. Rusiya yığması isə sonuncu olaraq, qrupda qalıb.
1/8 finalda Belçika millisi A, D, E və ya F qrupunun üçüncüsü ilə qarşılaşacaq. Danimarkalılar isə növbəti raundda Uelsə rəqib olub. Bu cütün qalibi 1/4 final matçını Bakıda keçirəcək.
Qeyd edək ki, daha əvvəl İtaliya, Niderland, Uels və Avstriya yığmaları 1/8 finala çıxıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin