Xankəndində vəziyyət gərginləşdi – Ermənilər Araikin istefasını tələb edir

23:42 - 21 İyun 2021

Xankəndində vəziyyət gərginləşdi – Ermənilər Araikin istefasını tələb edir

Bu gün gündüz saatlarında Xankəndindəki “Dirçəliş” meydanına toplaşan bir qrup erməni separatçı rejim başçısı Araik Arutyunyanın istefasını tələb etməyə başlayıb.

Manset.az  xəbər verir ki,  bu haqda  qəsbkar ölkənin “A1plyus” nəşri məlumat yayıb.Məlumata görə, vəziyyət gərginləşib.İnsanlar yaxın ərazilərdə  divarlara “get” yazılmış vərəqələr yapışdırıblar.Separatçı rejimin qanunsuz “dövlət naziri” sayılan Artak Beqlaryan etirazçılara yaxınlaşaraq Araiklə danışdığını və onların belə bir tələb irəli sürdüklərini onun nəzərinə çatdırdığını bildirib. Və onu da əlavə edib ki, sabah – iynun 22-i günortadan sonra Araik Arutyunyan “xalqın tələbi ilə əlaqədar xalq qarşısında çıxış etmək” üçün Xankəndində olacaq.

“Qraparak” nəşrinin yazdığına görə isə, etirazçılar hətta “prezident” iqamətgahının qapılarını sındıraraq içəri girməyə çalışıblar. Polislə qarşıdurma yaşanıb. Guya nümayişçilər bildirib ki, “Artsax xalqı Paşinyanı təbrik edə bilməz”, Araik getməlidir.

Xatırladaq ki, gecə saatlarında Araik Arutyunyan İrəvanda Paşinyanın baş seçki qərargahında görünüb. Sonra isə səhər saatlarında öz adından “rəsmən” Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin