FHN Yasamalda yanğınla bağlı məlumat yaydı

23:25 - 21 İyun 2021

FHN Yasamalda yanğınla bağlı məlumat yaydı

21 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Belə ki, yanğın barədə qaynar xəttə saat 20:49-da daxil olan ilkin məlumat əsasında cəmi 6 dəqiqə sonra, yəni saat 20:55-də yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıb.

Yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar.

Yanğınsöndürənlərin fərdi şücaəti və peşəkar fəaliyyəti sayəsində yanğın saat 21:30-da məhdudlaşdırılaraq saat 21:36-da tam söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin