Eldar Əzizov eyni şirkətlə daha 13 milyon manatlıq müqavilə bağladı

10:35 - 10 İyun 2021

Eldar Əzizov eyni şirkətlə daha 13 milyon manatlıq müqavilə bağladı

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Manşet.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Star Construction-12" QSC-dir.

Qalib şirkətə 13,471 milyon manat ödəniləcək

Xatırladaq ki, bir qədər əvvəl Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi 16,56 milyon manatlıq digər tenderdə də "Star Construktion-12" QSC-ni qalib elan etmişdi.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin