360 nəfərə saxta arayış verən direktor HƏBS EDİLDİ

15:55 - 21 İyun 2021

360 nəfərə saxta arayış verən direktor HƏBS EDİLDİ

Karantin rejimində 360 nəfərə saxta arayış verən şirkət direktoru həbs edilib.

 

Yevlax rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, “Əmlakın Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

 

 


Digər xəbərlər

Скандал с Мизулиной на борту самолета
В ком вдовец Чернышев нашел успокоение: Навка
Этой категории людей могут запретить водить машину: читать список
Звезда фильма «Любовь и голуби» вступился за Ефремова
Срочно, если у вас есть эти признаки, то вам нужно бежать к врачу
В Нижнекамске 86 врачей пожаловались на главврача: на что?
Этот год станет самым важным для РФ: пророк
ЦБ выпустил новость для тех, у кого есть счета
Разыграл своё ранение, когда на самом деле был 14-летним убийцей
Детали садистского убийства девушки из Оренбурга: какой ужас

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Скандал с Мизулиной на борту самолета
xidmet.tv
В ком вдовец Чернышев нашел успокоение: Навка