"Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır" - Türkiyə səfiri

11:09 - 21 İyun 2021

“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməyə yönəlmiş bir anlaşmadır. Bu anlaşmanın tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”.

Bunu  Manset.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Onun sözlərinə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin