300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
10:37 - 21 İyun 2021
““Vətəndaş müqaviləsi” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğunu əldə edəcək”.
Manset.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində yazıb.
“Vətəndaş müqaviləsi” partiyası hökuməti quracaq”,- deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, MSK-nın məlumatına görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53.92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21.04 faiz səslə ikinci olub.
“Mənim şərəfim var” bloku 5.23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3.96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” 1.22 faiz, Erməni Milli Konqresi 1.54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.
Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin