İcra başçısı Səttar Möhbalıyevin xalası oğluna yeni vəzifə verdi

09:02 - 10 İyun 2021

İcra başçısı Səttar Möhbalıyevin xalası oğluna yeni vəzifə verdi

Sabunçu rayon icra hakimiyyətinin başçısı  Adil Vəliyev rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

Manşet.az-ın əldə etdiyi məlumata görə, A.Vəliyevin əmri ilə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlu vəzifəsindən azad olunaraq, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi təyin olunub. Onun yerinə isə adıçəkilən vəzifəyə Səlimov Vidadi Əmirxan oğlu təyinat alıb.

Qeyd edək ki, V.Əsədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğludur.

Əli Vəliyev
 


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin