Rusiya və Türkiyə taxıl barədə razılığa gəldi

00:00 - 30 Noyabr -0001

Rusiya və Türkiyə taxıl barədə razılığa gəldi

Rusiya 1 milyon ton taxıl tədarükü ilə bağlı Türkiyə ilə prinsipial razılığa gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Bütün prinsipial razılaşmalar əldə olunub. Biz gözləyirik ki, yaxın gələcəkdə bu cür təchizat sxeminin bütün texniki aspektlərini işləyib hazırlamaq üçün bütün tərəflərlə artıq işgüzar əlaqələr quracağıq”, - o qeyd edib.

Onun sözlərinə görə, indi Rusiya və Türkiyə tədarükün təfərrüatlarını, o cümlədən logistika, marşrutlar, təyinat ölkələri və onların sayı, eləcə də maliyyə məsələlərini müzakirə edəcək.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin