Qadınlarda iltihablı xəstəlik və onun dəhşətli nəticələri

22:32 - 20 İyun 2021

Qadınlarda iltihablı xəstəlik və onun dəhşətli nəticələri

Endometrit iltihabi xəstəlik olub, uşaqlığın selikli qişasında yaranır. Uşaqlığın iltihabı zamanı onun selikli qişası tərəfindən ifraz olunan seliyin miqdarı və tərkibi dəyişir. Endometrit yumurtalıqla uşaqlıq borusu arasında, ətrafında və digər yerlərdə çapıqların əmələ gəlməsinə səbəb olur.

Manset.az xəbər verir ki, endometriya zamanı uşaqlığın selikli qişasının quruluşu pozulur, bu zaman qalınlaşma baş verir. Endometrit kəskin və xroniki olur. Xroniki endometrit ginekoloji xəstəliklər sırasında ən çox yayılan xəstəliklərdəndir. Bu xəstəlik çox vaxt heç bir əlamətlə özünü büruzə vermir. Buna görə də qadınların ildə ən az iki dəfə həkim müayinəsindən keçməsi məsləhətdir.

Qadın cinsiyyət üzvlərinin iltihabı qadınlarda baş verən sonsuzluğun əsas səbəblərindən biri olub, xəstəliyə qarşı çox diqqətli olmağı tələb edir.   

Xəstəliyin əlamətləri:
Yüksək temperatur
Ümumi zəiflik
Qarının aşağı hissəsində ağrılar
İrinəbənzər ifrazat
Aylıq tsiklin pozulması

Endometritin səbəbi:
Gigiyenik qaydalara riayət edilməməsi
Hamiləliyin süni şəkildə pozulması
İmmunitetin azalması
Uşaqlıqdaxili manipulyasiya
Bakteriyalar
İnfeksiya
Göbələk
Hormonal pozğunluqlar

Müalicəsi:
Xəstəliyin tədqiq edilməsi üçün ultrasəs müayinəsindən keçmək lazımdır. Əvvəlcə xəstəliyi hansı mikrobun törətdiyi aşkar edilir. Daha sonra müalicə kursu təyin olunur. Xəstəliyin müalicəsi zamanı antibiotiklərlə yanaşı, qarının aşağı hissəsinə maqnitoterapiya, yod və sink ilə elektroforez, parafin aplikasiyaları kimi fizioterapevtik müalicə üsullarından da istifadə olunur. Laparoskopik üsulla uşaqlıq borusundakı qalınlaşmış hissə aradan qaldırılır.
Xəstəlik vaxtında müalicə edilməzsə, o, xroniki formaya keçər. Bu da qadın cinsiyyət orqanlarında müxtəlif patologiyaların inkişaf etməsinə səbəb ola bilər. Bütün bu proseslər də sonsuzluqla nəticələnəcək. Kəskin endometritin müalicəsi 7-10 gün davam edir.

Xəstəliyin profilaktikası:
Qadın doğuşdan sonra orqanizmində infeksiyanın olub-olmamasına görə müayinədən keçməlidir. Gigiyena qaydalarına mütləq riayət olunmalıdır. Aylıq tsikl zamanı soyuqdəymədən qorunmaq xəstəliyin qarşısını alacaq.

Axşam.az


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin