Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
12:18 - 20 İyun 2021
Yaşa görə pensiya təyinatı ilə bağlı SMS bildiriş getməməsinin səbəbi açıqlanıb.
Manset.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib ki, yaşa görə pensiya təyinatı proaktiv qaydada olur. Yəni pensiya yaşı tamam olanda ona pensiya təyinatının miqdarı ilə əlaqədar SMS göndərilir.
Əgər bununla bağlı SMS getməyibsə, ola bilsin ki, həmin vətəndaşın pensiya hüququ yoxdur:
"Ya da ola bilər ki, vətəndaş öz FİN-nə bağlı nömrə istifadə etmir, yəni nömrə öz adına deyil. Belə halda SMS bildiriş getməyə bilər. Bu səbəbdən daha ətraflı məlumat almaq üçün 142 Çağrı mərkəzinə zəng vurmaq, DSMF-nin regional ərazi filiallarına və ya DOST mərkəzlərinə müraciət etmək olar. Yaşa görə pensiya təyinatının 3 şərti var: yaşa görə, 25 il sığorta stajının mövcud olması, fərdi hesabının sığorta hissəsində tələb olunan minimum pensiya məbləğinin təyin edilməsinə imkan verən pensiya kapitalının olması".//Ucnoqte.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin